Azərbaycanda yeni doğulanlara qoyulan türk fatehlərinin adlarının sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən saytımıza verilən məlumata görə, son beş ildə 101, bu il isə artıq 38 körpəyə Ərtoğrul adı qoyulub.
Körpələrə verilən adlar arasında Fateh adı da üstünlük təşkil edir. Son beş ildə 1005, bu il isə 223 körpəyə Fateh adı verilib.
Son beş ildə 1885, bu il 306-na Əkbər, son beş ildə 548, bu il 78-nə Teymur, 6-na Mehmet, 1-nə Babur, son beş ildə 579, bu il 86-na Osman, son beş ildə 29 körpəyə Bəyazid, 1569-na Süleyman, 512-nə Səlim, 86-na Şəmsəddin, 18-nə Çingizxan, 27-nə Xətai adı qoyulub.
Siyahıda Metehan (7), Əbdülhəmid (5), Əbdüləziz (10), Əbdülməcid (3), Teymurxan (9), Teymurşah (3), Teymuraz (4) kimi adlar da var.
Bundan başqa, uşaqlara Fateh Əhməd, Fatehcəfər, Fatehcahan, Əkbərxan, Əkbərağa, Əkbərəli, Osmansami, Osman Berkhan, Osmannuri, Osmanbəy, Osmanatəş, Süleyman Emir, Süleymansultan, Süleymanalp, Süleymanhilmi və s. kimi adlar da verilib./report.az/
MediaFax