Kreml qarşısında şərt qoydu: “Öncə dustaqları burax”

Əgər Kreml həqiqətən Donetskdə sülh razılaşmasına nail olmaq istəyirsə, öncə bütün Ukrayna dustaqlarını sərbəst buraxmalıdır.
 
Bunu rusiyalı müxalifətçi Olqa Kurnosov deyib.

"Deyək ki, bütün əsirləri buraxacaqlar, heç olmasa, Minsk razılaşmasının bu bəndini yerinə yetirəcəklər. Bundan sonra real fikirləşmək olacaq ki, sülh nizamlanmasında hansısa bir hərəkət mümkündür. Bundan başqa Rusiyanın separatçılara silah-sursatı dayandırması lazımdır. Bununla da münaqişə özü-özlüyündə sakit tempə düşəcək", - Kurnosov bildirib./axar.az/

MediaFax