Kreditlə aldığı heyvanlar tələf oldu

Şəki sakini Mirzəli Mustafayevin 30-40 baş qoyunu bir gündə tələf olub.
 
Digərlərinin isə taqətsiz olduğu müşahidə edilib.

Növbəti gün həmin heyvanlar da ölüb.

Vəziyyətin belə olduğunu görən təsərrüfat sahibi rayon baytarlıq idarəsinə xəbər verib. Sahə baytarı heyvanları müayinə edib, heyvanlardan nümunələr götürülüb.

Mirzəli Mustafayev - Zərərçəkən: "Axşam öyüşdən gətirib içəri qatmışam. Səhər gəlib gördüm ki, 10 dənəsi qalxmır ayağa. Kreditlə almışam. Həkimdə gəlib iynə vurdu, analizi apardı".

Ancaq zərərçəkmiş baytarlıq idarəsinin işindən narazı qalıb. Çünki bu hal davam edib. Daha bir neçə baş qoyun tələf olub.

Sahib Abdullayev - Zərərçəkənin qohumu: "Həkimlər baxıb heç bir analiz götürmədən zəhərlənmə analizi qoyub gediblər. Deyiblər analizi götürsək 10 gün müddətinə gələ ya gəlməz. Qoyun da bu vəziyyətdə, heç kim baxmır".

Şəki Baytarlıq İdarəsi isə heyvanların tələf olmasının ev sahibinin səhlənkarlığı ucbatından baş verdiyini düşünür. Çünki qəsəbədə digər təsərrüfatçıların mal-qarasında heyvanların kütləvi tələf olması halları və ya hər hansı bir xəstəlik qeydə alınmayıb.

Tələf olmuş heyvanlardan götürülən nümunələr laboratiyada yoxlandılqdan sonra nəticə bəlli olacaq.

Ümumiyyətlə isə Şəki rayonu ərazisində epizootik vəziyyətin sabit olduğu bildirilir./ARB/

MediaFax