Kralın yeznəsi tutuldu

İspaniya kralının bacısı İnfanta Kristina maliyyə fırıldağı ilə bağlı işdə məhkəmə tərəfindən bəraət alıb.

Onun həyat yoldaşı İnyaki Urdanqarin isə həmin ittihamla 6 il 3 ay həbs cəzası alıb.

Qərarı Palma-de-Mayoroka şəhər məhkəməsi qəbul edib.

Lakin məhkəmə qərarına əsasən İnfanta 265 min avro həcmində cərimə ödəməli olacaq. Onun həyat yoldaşı isə həbs cəzası çəkməklə bərabər, 512 min avro həcmində cərimə ödəyəcək./trend.az/

MediaFax