Kraliçanın ölüm xəbəri yalan çıxdı

BBC-nin Tvitter kanalında Böyük Britaniya kraliçası II Elizabetin ölümü haqda informasiya yayılıb.

Tvitdə qeyd olunub ki, xəbəri Bukkingem sarayı verib.

Hətta Fransanın ABŞ-dakı səfiri Jerar Aro bu xəbərə inanaraq başsağlığı verib. Lakin sonradan məlum olub ki, kanal rəsmi deyil və xəbər dezinformasiyadır.
 
Jerar Aro isə ilk dəfə yalan xəbərin qurbanı olduğunu bildirib./axşam.az/

MediaFax