İordaniya kralı II Abdullah 7 naziri istefaya göndərib.
Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsi təşəbbüsünü baş nazir Hani Mülki irəli sürüb.
İnformasiyaya əsasən, istefaya göndərilənlər arasında xarici işlər naziri Naser Cude, daxili işlər naziri Salame Hammad da var.
Məlumata görə, xarici işlər naziri vəzifəsinə Ayman Hüseyn Abdulla əl-Səfədi, daxili işlər nazir postuna isə Qalib Salame Sallah əz-Zubai təyin edilib./report.az/
MediaFax