Kosovo futbolçuları Azərbaycana gələcəklər

"Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq".

Bunu saytımıza açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşması haqqında danışarkən deyib.

M.Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurumu deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".

Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır./report.az/

MediaFax