12:29
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə Maşallah Əhmədov son söz deyib.
O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla 2014-cü ildə İran İslam Respublikasından daş gətirib: "İş ortaqlığımız vardı. Ancaq sözümüz düz gəlmədiyi üçün biz ayrıldıq. Mən ona dəymiş ziyana görə 3 sot torpaq sahəsi vermişəm, daşları qaytarmışam. Ancaq o özü, mənə şər atır. Bəzi adamları başına yığıb, məni şantaj etməklə məşğuldu. Yusif Əzizovun məndən nə istədiyini bilmirəm. Mən ona 11 min manat pul və iki kamaz daş qaytarmışam. Ancaq bu adam məndən yenə pul istəyir. 128 min manat tələb edir. Hansı haqla? Mən ona yalnız 25 min manat kompensasiya verə bilərəm. Ötən dəfə 45 min manat borc alıb, gətirib verirəm, götürmür. Mən hesab edirəm ki, mənim həbsim kimlərinsə marağına xidmət edir".
M. Əhmədov zərərçəkmişə 30 min manat və üstündə mənzil verməyi təklif edib.
Zərərçəkmiş Y. Əzizov isə bununla razılaşmayıb.
Hakimlər hökm oxumaq üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunacaq.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
Qeyd edək ki, yanvarın 25-də keçirilən prosesdə M. Əhmədov son söz demək üçün məhkəmədən bu günədək vaxt istəmişdi.
M. Əhmədov ötən prosesdə deyib ki, zərərçəkmişə söz verdiyi kimi 50 min manat yox, 45 min manat pul təklif edib. Zərərçəkmiş isə bu pulu qəbul etməyib.
M. Əhmədovun oğlu Tərlan Əhmədov yalnız 65 min manat pulları olduğunu və bundan artıq borc qaytara bilməyəcəklərini deyib.
Zərərçəkmiş Yusif Əzizov isə 128 min manat borcu tələb edib və bu məbləğ tam ödənilməyincə şikayətini geri götürməyəcəyini açıqlamışdı.
Hakim M. Əhmədova sonuncu dəfə vaxt vermişdi.
Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
=====
12:58
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm elan olunub.
Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
MediaFax