Koreya səfirliyi mühasirəyə alındı

Malaziya hökuməti Şimali Koreya vətəndaşlarının ölkəni tərk etməsini qadağan edib.

Kuala-Lumpurun qadağa tətbiq etdiyi şəxslər əsasən diplomatlar olublar. Malaziya polisi həmçinin Şimali Koreya səfirliyini də mühasirəyə alıb.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi Pxenyan da Malaziyanın Şimali Koreyadakı 9 vətəndaşına ölkəni tərk etməyi qadağan edib.

Malaziya-Şimali Koreya arasında münasibətlər Şimali Koreya lideri Kim Çen İnin qardaşı Kim Çen Namın öldürülməsindən sonra pisləşib./axar.az/

MediaFax