Koreya liderinin ölkəsində BBC-ni dinləyəcəklər

Şimali Koreya sakinləri gündə iki dəfə, yarım saat BBC-nin radio yayımını dinləyəcəklər.

2017-ci ilin yazından BBC koreyaca da daxil olmaqla, daha 11 dildə - ahmar, qudcarati, iqbo, maratxi, oromo, picin, pəncab, teluqu, tiqrinya, yorubaca verilişlər yayımlayacaq.

Xəbərdə bildirilib ki, bu informasiya vasitəsinin KXDR-də ofisi yerləşəcək. Ölkə əhalisi BCC-nin videoyazıları və internet saytından da yararlanacaq. Bununla da ingiliscə də daxil olmaqla, BBC 40 dildə veriliş yayımlayacaq. Bu məqsədlə Britaniya hökuməti artıq 289 milyon funt sterlinq ayırıb.

Radionun dünya xəbər xidmətinin başçısı Fran Ansvort bildirib ki, 2022-ci ilə, radionun yaranmasının 100-cü ildönümünədək BBC-nin proqramlarından istifadə edənlərin sayını 500 milyona çatdırmaq niyyətindədirlər./report.az/

MediaFax