Koreya liderinin qardaşı kimyəvi qazdan ölüb - Təsdiqləndi

Malayziyanın Səhiyyə Nazirliyinin kimyaçı ekspertləri Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın cəsədinin yarılması zamanı həkimlərin onun təhlükəli VX kimyəvi qazından ölməsinə dair ehtimalını təsdiq ediblər.

Bu barədə Malayziyanın səhiyyə naziri Subramaniama Satxasivamayanın bəyanatına istinadən "Associated Press” məlumat yayıb. Bundan əvvəl polis Kim Çen Namın gözündən götürülən nümunə əsasında müəyyən etmişdi ki, onun öldürülməsində kimyəvi silah olan "VX Nerve Agent” zəhərli maddəsindən istifadə olunub./report.az/

MediaFax