Koreya lideri kömək istədi - İlk dəfə

Şimali Koreya Xarici İşlər Nazirliyi ölkənin şimalında yerləşən Hamqen-Pukto vilayətində baş verən daşqınların aradan qaldırılması ilə bağlı Asiya ölkələrinin diplomatik nümayəndəliklərə müraciət edib.

XİN-də təşkil olunan brifinqdə Monqolustan, Vyetnam və Laos olmaqla doqquz ölkənin diplomatik nümayəndəlikləri iştirak edib. Şimali Koreya XİN-i zərərçəkmiş rayonlarla bağlı Pxenyanla daima dostluq əlaqələrinə malik Asiya ölkələrinin rəsmilərinə məlumat verərək onlardan təbii fəlakətin aradan qaldırılması üçün yardım istəyib.

Xatırladaq ki, qeyri-rəsmi statistikaya əsasən Şimali Koreyada baş verən daşqınlar zamanı yüzlərlə insan ölüb və ya itkin düşüb, təxminən 68 min insan evsiz qalıb, 29 min insanın evi isə dağıdılıb./virtualaz.org/

MediaFax