Almaniya Cənubi Koreyaya "Taurus” raketlərini satmaqdan imtina etməlidir.
Barədə informasiyanı Şimali Koreyanın Rusiyadakı səfirliyi yayıb. Səfirlik Berlinin bu addımının regiondakı vəziyyəti pisləşdirəcəyini bildirib.
Rəsmi Pxenyan bununla bağlı cavab addımları atacağını bəyan edib.
Qeyd edək ki, Cənubi Koreya mətbuatı rəsmi Seulun Almaniyadan onlarla "torpaq-hava” tipli "Taurus” raketləri alacağı haqqında informasiya yayıb.
"Taurus” raketi 2004-cü ildə istehsal edilib. Bu raket yüksək dəqiqliyə malikdir. O, yalnız Almaniya və İspaniya ordusunun silahlanmasında yer alır. Hazırda "Taurus” raketinin dəyəri 1 milyon dollardır./millətinsəsi.az/
MediaFax