Konsert zamanı qorxulu anlar

Müğənni Ebru Gündeş dünən İzmirdə konsert verib.
 
Türkiyə mətbuatının məlumatına görə, müğənninin ifası zamanı işıqlar asılmış böyük lövhə aşağıya sürüşüb. Bu, hər kəsin qorxmasına səbəb olub.

Ebru hadisənin ardından "Buna nəzər deyək. Onsuz da mən varamsa, nəzər dəyməsi normaldır" deyib.

500 nəfərin olduğu konsert problemin aradan qaldırılmasından sonra davam edib./axşam.az/

MediaFax