Komitə sədri 6 məmuru cəzalandırdı

Hesabat və icra intizamında yol verdikləri nöqsanlara və icra intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Şəki şəhər Statistika İdarəsinin rəisi Lütfəli Əliyevə, Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədova, Siyəzən rayon Statistika İdarəsinin rəisi Bəhram Sultanova töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
 
Həmin şəxslər Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun müvafiq əmrləri ilə cəzalandırılıb.

Məlumatda deyilir ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 5-ci maddəsinin tələblərini yerinə yetirmədiklərinə görə isə Şəki şəhər Statistika İdarəsinin baş mühasibi Xuraman Mustafayevaya, Bərdə rayon Statistika İdarəsinin baş mühasibi Fərhad Qasımova, Göygöl rayon Statistika İdarəsinin baş mühasibi Kimya Abbasovaya da eyni cəzalar tətbiq edilib./report.az/

MediaFax