Komandası Neymarı itirdi

İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Atletiko"nun qonağı olan və 2:1 hesabı ilə qalib gələn "Barselona" ciddi itki ilə üzləşib.

Kataloniya təmsilçisi cavab matçında Neymarın xidmətindən məhrum olacaq. Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurmasıdır.

Qeyd edək ki, tərəflərin cavab matçı fevralın 7-də keçiriləcək./qafqazinfo.az/

MediaFax