Komandası Kamranın ümidinə qalıb

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu problemlə üzləşib. 

Portu təmsilçisi qarşıdakı bir neçə turda Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü qapıçı Vaqner da Silvanın xidmətindən istifadə edə bilməyəcək. Buna 30 yaşlı qolkiperin sənədlərində problem yaranması səbəb olub.

Portuqaliya mətbuatının yaydığı xəbərə görə, baş məşqçi Migel Leal Premyer Liqanın XVII turunda lider "Benfika" ilə səfər oyununda qapını Kamran Ağayevə həvalə edəcək.

Qeyd edək ki, Kamran mövsümün əvvəlində "Boavişta"ya transfer edilib. Onun portulularla müqaviləsi mövsümün sonuna qədərdir./qafqazinfo.az/

MediaFax