Komada olan xəstənin qızıl dişlərini sökdülər - Xəstəxana biabırçılığı

Bu günlərdə insult keçirən vətəndaş təcili Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
 
Xəstə bir neçə gün koma vəziyyətində oub. Ailəsi xəstənin burda müalicəsinin yaxşı getmədiyini diqqətə alaraq, onu təcili Bakıya, Mərkəzi Klinik Xəstəxanaya köçürüblər. MKX-da reanimasiyaya köçürülən xəstə özünə gələndən sonra həyat yoldaşı xəstənin yanına buraxılıb. Yoldaşı ərinin ağzında dişlərinin olmadığını görüb və məlum olub ki, xəstənin qızıldan olan dişləri Sumqayıt xəstəxanasında reanimasiyada olan zaman sökülüb.
 
 

Qeyd edək ki, bu iddia xəstənin yaxınları tərəfindən səsləndirilib./vətəninfo.az/

MediaFax