Klublarımızın stadionları bərbad vəziyyətdədir - Açıqlama

"Qəbələ” klubu Topaz Premyer Liqasında mübarizə aparan bir çox komandanın stadionunun durumundan narazıdır.

Bu gün jurnalistlərə açıqlamasında klubun vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, futbol meydanlarımız həddən artıq bərbad vəziyyətdədir.  "8 komandadan 5-nin - AZAL, "İnter", "Sumqayıt", "Zirə" və "Kəpəz"in stadionunda futbol oynamaq mümkün deyil" – deyə o qeyd edib.

F.Nəcəfovun sözlərinə görə, komandalarının bu mövsüm Avropa Liqasında 8 görüşdə bir futbolçusu zədələnməyib, amma Azərbaycan çempionatında təkcə "İnter”lə matçda iki oyunçuları sıradan çıxıb.

O deyib ki, AFFA Klublar Komitəsinin bu gün keçirilən iclasında bu problemin aradan qaldırılması üçün təklif irəli sürülüb və qəbul olunub./qol.az/

MediaFax