Klub öz oyunçusunu buna görə qovdu - Görünməmiş olay

Klub rəhbərliyi, ədəbsiz hərəkətinə görə, futbolçunu birdəfəlik komandadan uzaqlaşdırıb 

İtaliyada keçirilən reqbi matçında qəribə hadisə yaşanıb. Viçenza və Valsugana komandaları arasında oynanılan matçda ev sahibi komandanın üzvü Bruno Andres qəsdən qadın hakim Maria Bitraysı belindən vuraraq yerə yıxıb. Nə olduğunu anlaya bilməyən hakim Maria, argentinalı oyunçunu sarı kartla cəzalandırıb.

Sputnik xəbər verir ki, matçdan sonra xəstəxanaya gedən Maria Bitraysa, boyun onurğasının əzilməsi diaqnozu qoyuıub. Viçenza klubu isə hərəkətinə görə sarı kart alan Bruno Andresi birdəfəlik komandadan uzaqlaşdırıb.

Klubdan verilən açıqlamaya görə, hakim meydandakı qarışıqlıqda nə baş verdiyini anlamadığı üçün oyunçuya yüngül cəza verib: "Lakin biz sonra görüntünü təkrar-təkrar izlədik və gördük ki, Bruno Anders hakimi qəsdən yerə yıxıb. Ona görə də qərar verdik ki, belə bir idmançının bizim heyətimizdə yeri yoxdur"./aznews.az/

MediaFax