Klub tapa bilməsəm, dayə olacam - Tanınmış futbolçu

İtaliya millisinin sabiq üzvü Antonio Kassano maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. 
 
"Sampdoria"dan göndərilən futbolçu klub tapmayacağı halda, dayə olacağını bildirib:

"Hazırda yaxşı formadayam. Son zamanlar "Sampdoria”nın gənclər komandasının heyətində məşq etmişəm. Təklif gəlsə, oynamağa hazıram. Hələlik ciddi bir təklif almamışam. Vaxtımın çoxunu evdə, ailəmlə birgə keçirirəm. Özümə komanda tapmasam, dayə olacağam. Həm də həyat yoldaşıma menecerlik edəcəyəm”.

Qeyd edək ki, hücumçunun həyat yoldaşı Karolina Marçialis su polosu üzrə peşəkar oyunçudur./qafqazinfo.az/

MediaFax