Demokratlar Partiyasından ABŞ preizdentliyinə namizəd olan Hillari Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampı potensial səs sayında 5% üstələyir.
Bunu "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Məlumata görə, ictimai rəy sorğusunun nəticələri noyabrın 8-də keçiriləcək prezident seçkilərində potensial seçicilərdən 41%-nin H.Klintonu dəstəklədəyini nümayiş etdirib. Əvəzində D.Trampın bu baxımdan göstəricisi 36% təşkil edir.
Sorğu zamanı rəyi soruşulanların 23%-i bu namizədlərdən heç birinə səs verməyəcəyini bildirib./musavat.com/
MediaFax