Klinton Kaliforniya səfərini niyə ləğv etdi?

Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi, sabiq dövlət katibi  Hillari Klinton səhhəti ilə əlaqədar Kaliforniyaya səfərini ləğv edib.
 
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Klinton seçkiqabağı kampaniya çərçivəsində sentyabrın 12-13-də Kaliforniyada bir sıra görüşlər keçirməli idi.
 
Ötən gün Hillari Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi başa çatmamış tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar./APA/

MediaFax