Klinton boşanma ərizəsi yazdı

ABŞ-da prezident seçkilərində məğlub olmuş Hillari Klinton boşanmaq üçün ərizə verib.
 
Bu barədə "Christian Times Newspaper" xəbər yayıb.
 
Bildirilir ki, keçmiş dövlət katibinin vəkilləri sənədləri noyabrın 10-da Nyu-York ştatının Ali məhkəməsinə göndəriblər. Səbəb kimi tərəflər arasında fikir ayrılığı göstərilir. 
 
Sənədlərə əsasən cütlük boşanma zamanı mülkün bölünməsi barədə artıq razılığa gəlib. 

MediaFax