Kissincer Trampı “vurdu”

ABŞ- ın keçmiş dövlət katibi, Nobel mükafatı laureatı  Henri Kissincer seçkilərdə tərəf kimi çıxış etmədiyini və  nə demokratların namizədi Hillari  Klintonu, nə də Donald Trampı müdafiə etdiyini bəyan edib. 

Kissincer digər keçmiş dövlət katibi Corc Şultsun da onunla eyni mövqedə olduğunu bildirib. "Biz ikipartiyalı sistemin yaşaması  və möhkəmləndirilməsini əsas götürürük” deyə o bildirib.

Məlumdur ki, H. Kissincer və Corc Şullts Respublikaçılar partiyasının nümayəndələri kimi tanınırlar və seçkilərə az qalmış Kissincerin bu bəyanatı Trampdan narazı olan respublikaçıların mövqeyinə dəstək kimi  dəyərləndirilə bilər. 

93 yaşlı H. Kissincerin adi bir diplomat olmadığ hər kəsə məlumdur. O daha çox partiyalarüstü dünya hökuməti adlandırılan, ABŞ, Avropa və Asiyanın maliyyə, siyasi və intellektual elitasını birləşdirən qapalı Heydelberq qrupunun nümayəndəsi kimi tanınır./musavat.com/ 

MediaFax