Məktub yazıb özünü asdı...

Tovuzda 54 yaşlı kişi intihar edib.

Hadisə ötən gün rayonun Alakol kəndində baş verib.

Kənd sakini Nazim Namazoğlu özünü həyətindəki ağacdan asaraq canına qəsd edib. Yaxınları onu ölü halda aşkarlayıblar. Mərhumun cibindən çıxan məktubda isə onun xəstəlikdən əziyyət çəkdiyi, bunun üçün canına qıydığı qeyd olunub.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax