Kinoteatrlar bizi necə aldadır? - Açıqlama

Paytaxtın kinoteatrları reklam haqqında qanunu pozurmu?

Seçim etmək- hər bir insanın təməl hüququdur və ölkənin konstitusiyasında öz əksini tapıb. İnsanı nəyəsə məcbur etməyə heç kimin haqqı yoxdur. Bunu yalnız məhkəmənin qərarı ilə etmək olar. Bəs, ondə niyə Azərbacanda mövcud olan kinoteatr şəbəkələri insanlərı seçim hüququndan məhrum edib, gəlir əldə etdikləri reklamlara baxmağa məcbur edirlər?

Kinoya getmək istəyərkən kassalardan alınan biletin uzərində filmin nümayişinin başlanması vaxtı qeyd olunur. Misal üçün, 14:55. Bu o deməkdir ki, tamaşaçı bu vaxtı kinozalda əyləşib filmə baxıb istirahət etmək istəyir. Bəs əslində nə baş verir? Tamaşaçı 14:55 zala keçib yerində əyləşir və... Təxminən 10 dəqiqə ərzində supermarketlərdən tutmuş informasiya agentliklərinin reklam çarxlarını izləməyə məcbur edilir. Bəli,məhz məbur edilir. Televizorlarda reklamlar yayımlanmazdan əvvəl reklam vaxtının başlanması ilə bağlı xəbədarlıq çarxı efirə gedir. Burda tamaşaçının kanalı dəyişmək imkanı var. Bəs qapalı, qaranlıq kinozalda necə? Əgər film izləmək üçün pul ödəyən tamaşaçı reklamı izləmək istəmirsə, nə etməlidir? Gözünü və qulaqlarını bağlamalıdır? Absurddur.

Digər tərəfdən kinotert rəhbərliyi tamaşaçıya seçim hüququ buraxmır. Çünki biletin üzərində qeyd olunan başlanğıc vaxtından sonra, 10-15 daqiqə ərzində reklamın nümayış ediləcəyi qeyd edilmir. Qeyd edilsəydi, tamaşacının seçim imkanı olardı.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov açıqlamasında bildirib ki, reklam yalnız filmlərin nümayişindən, yəni biletin üzərində filmin başlanma saatından əvvəl yayımlana bilər:

"Teatr tamaşaları və kino xidməti göstərilərkən reklam teatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi yerlərdə, onlar başlamazdan əvvəl yayımlana bilər. Teatr tamaşasında, kinofilmlərin, konsert və digər tədbirlərin nümayişi zamanı reklam yayımlanması qadağandır.”

Vahid Əhmədov vurğulayıb ki, əgər biletin üstündə filmin başlanması üçün vaxt 14:30 göstərilibsə, film elə həmin vaxtda başlamalıdır: "Belə olan halda reklanm 14:14-də nümayiş olunmalıdır. Film öz vaxtında nümayiş olunmalıdır.”/aznews.az/

MediaFax