CHP lideri Kamal Kılıçdaroğlu Almaniyanın Ədliyyə Nazirliyinin Bəkir Bozdağın toplantısını ləğv etməsinə münasibət bildirib.
İstanbulda qatıldığı bir tədbirdə mövzuya toxunan Kılıçdaroğlu Alamniyanın yanlış qərar verdiyini bildirib:
"Ədalət və İnkişaf Partiyasından 2 millət vəkili Almaniyada danışacaqdı, danışmaları ləğv edilib. Əsla doğru deyil. Həm dünyaya demokratiya dərsi verirsiniz, həm də bir partiyanın 2 naziri danışmaq istəyərkən siz bunu hansısa bir səbəblə qadağan edirsiniz. Qəti şəkildə birmənalı qarşılamırıq. Onlar da çıxış etməli, öz fikirlərini bildirməlidirlər. Hər kəs öz fikrini azad ifadə etməlidir”.
Qeyd edək ki, nazirlər Bəkir Bozdağ və Zeybekçinin Almaniyanın müxtəlif şəhərlərində referendumla bağlı təşviqat toplantısı nəzərdə tutulmuşdu. Əvvəlcə həmin toplantılara icazə verilsə də, sonradan Almaniya icazə qərarını ləğv edib./axar.az/
MediaFax