Kerridən maraqlı addım...

ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentindəki son brifinqində jurnalistləri təəccübləndirib.
 
Buna səbəb onun KİV nümayəndələri ilə görüşə ABŞ-ın yaradıcı atalarından biri sayılan, siyasətçi və diplomat Bencamin Franklinin şərəfinə adını verdiyi iti ilə gəlməsi olub.
 
"O, özünü yaxşı aparacaq, sizi əmin edirəm”, - Kerri KİV nümayəndələrinə müraciətində söyləyib.
 
Dövlət Departamentinin rəhbəri sevimli itinə "otur” komandası verib. Ancaq Franklin dərhal sahibinə qulaq asmayıb. Bu da zalda zarafatlara səbəb olub./modern.az/

MediaFax