ABŞ dövlət katibi Con Kerri yanlış aviazərbə nəticəsində ölən 62 suriyalı əsgərə görə üzr istəyib.
Kerri bildirib ki, Suriyada Rusiya-Amerika koordinasiya mərkəzinin yaradılması məsələsi çox mühümdür. Belə ki, bu mərkəzin yaradılması Suriyaya hava hücumları zamanı səhvlərdən qaçmağa imkan verəcək.
Dövlət katibi, həmçinin əlavə edib ki, mərkəzin fəaliyyəti sentyabrın 18-i baş verən dəhşətin qarşısını alacaq: "Biz səhvimizi boynumuza alır və təəssüf edirik. Lakin silahlı münaqişə gedən vaxtda belə şeylər olur”.
Qeyd edək ki, sentyabrın 18-i Qərb koalisiyası yanlışlıqla rəsmi Dəməşqin hərbçilərini İŞİD döyüşçüləri ilə səhv salaraq havadan zərbələr endirmiş, nəticədə Suriya ordusunun 62 əsgəri ölmüşdü./qafqazinfo.az/
MediaFax