Kerri “Qadınlar yürüşü”nə iti ilə gəldi - Trampa etiraz

Yanvarın 20-də ölkənin yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri Vaşinqtonda dövlət başçısına qarşı keçirilən "Qadınlar yürüşü”nə qatılıb.

Amerikanın CBS telekanalı kütləvi nümayişi canlı yayımlayıb.

Con Kerri mitinqə Ben ləqəbli iti ilə gəlib. Tezliklə nümayişçilər onu əhatəyə alıblar.

Sabiq dövlət katibi başına toplaşanları salamlayıb və onlarla əllə görüşərək minnətdarlıq bildirib.

Bununla belə, bəziləri onu "hərbi cinayətkar” adlandırıblar.("Report”)

MediaFax