Kərimlinin Sumqayıtdakı adamı saxlanıldı - 20 sutka həbs

Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər təşkilatının rəhbəri Ruslan Qarayev iyulun 20-də polis tərəfindən saxlanılıb.
 
Həmin gün şəhər məhkəməsi onu 20 sutkalığa həbs edib.

Bu barədə Turan-a AXCP-dən bildiriblər.
 
 

Yaxınları R.Qarayevin nədə günahlandırıldığını bilmirlər. Lakin AXCP-də hesab edirlər ki, gənc hökuməti tənqid etdiyinə görə təqib olunur.
 
MediaFax