Kəndlərlə əlaqə kəsilə bilər - Video

Qızmeydan yolunda baş verən torpaq uçqunu səngimək bilmir.

Sürüşmə nəticəsində yolun 5 nöqtəsində irimiqyaslı uçqunlar qeydə alnıb.

Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Ən təhükəli ərazi isə 7-ci kilometrlik hesab olunur. Əraziyə yağan qar təkrar uçqunlara səbəb olub. Bundan əlavə şaxtalı hava yolda buzlaşmaya səbəb olduğundan təhlükəli vəziyyət daha da artıb. Sərt döngələrdə baş verən sürüşmə avtomobilərin hərəkətinə ciddi şəkildə mane olur. ETSN rəsmisi isə ərazidə bu cür fəsadların baş verməsinin səbəbini, yol çəkilərkən, ərazidə mühəndisi-geoloji tədqiqatların aparılmaması ilə izah edir. Sürüşməyə səbəb olan amillər, süxurların fiziki xüsusiyyətləri nəzərə alınmaqla yol çəkilməlidir əks halda nəticə bu cür olur.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə həmin yolun bir neçə dəfə təmir edildiyini vurğulayıb.

Xatırladaq ki, Qızmeydan-Şamaxı avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Son məlumatlara görə uçqunların miqyası günü-gündən çoxalır, sürüşmə hər gün artır və yol getdikcə daralır. Ekspertlər xəbərdalıq edir ki, yolun tamamilə dağılma təhlükəsi var./ARB TV/
 

MediaFax