Kənd sakini özünü güllələdi

Xaçmazda silahlı insident olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  məlumata görə, yanvarın 3-də Xaçmaz rayonunun Gülalan kəndində yaşayan Mənsur Camalov həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən ondan müvafiq sənədləri olan "İJ-16" markalı tüfəng götürülüb.

MediaFax