Filippinin cənubundakı Zamboanqa şəhərində 8 nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib.
Yerli dəniz quldurları 8 balıqçını öldürüb. Hadisə zamanı özlərini dənizə ataraq sağ qurtulan digər 7 balıqçının sözlərinə görə, silahlılar ilk olaraq balıqçıların müsəlman olub-olmaması ilə maraqlanıblar.
Daha sonra isə "kəlmeyi-şəhadət"i əzbər bilməyən balıqçıları bir-bir güllələməyə başlayıblar. Ehtimal olunur ki, hücumu "Əbu Səyyaf” qruplaşması törədib./modern.az/