Keçmiş icra başçısından deputata sərt sözlər: “Bu adam danışığını bilmir”

"O vaxt mən imkan vermədim ki, qarşıdurma yaransın, sakinlər həbs edilsin”
 
Bu fikirləri Unikal.org-a Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev deyib. O, bildirib ki, insanların heysiyyatı ilə oynamaq olmaz: ”Vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın”.
 
Keçmiş başçı deputat Astan Şahverdiyevin qalmaqallı açıqlmasına da münasibət bildirib:

"Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq”.

MediaFax