Keçən əsrin ən azğın qatili xəstəxanaya düşdü

Tarixin ən acımasız qatili 82 yaşlı Çarlz Menson ABŞ-dakı xəstəxanaların birinə yerləşdirilib.

Qatil Çarlz Mensonun qəfil səhhəti pisləşib və o, ömürlük həbs cəzasını çəkdiyi Kaliforniya ştatındakı xəstəxanalardan birinə köçürülüb. Qatilinin səhhətindəki problemin nə olması ilə bağlı açıqlama verilməyib.

Çarlz Menson 1969-cu ildə üç dostu ilə birlikdə aralarında rejissor Roman Polanskinin 9 aylıq hamilə arvadının da olduğu yeddi nəfəri vəhşicəsinə öldürüb.

Manyak 1972-ci ildən bəri həbsxanada, birnəfərlik hücrədə saxlanılır./aznews.az/

MediaFax