563 məcburi köçkün ailəsinin məskunlaşdığı Kürdəmir peşə liseyinin yataqxanasında qəza baş verib.
Divarlar uçmağa başlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bu barədə saytımıza sözügedən yataqxanada məskunlaşan Ağdam rayon sakini Şükürov Rabil Vəliəddin oğlu məlumat verib. O bildirir ki, həmin yataqxanada iyirmi ildən çoxdur Ağdam, Laçın və Şuşadan olan məcburi köçkün məskunlaşıblar. Yataqxananın yaşayış üçün yararsız vəziyyətdə olması ilə bağlı hüquqi rəy də var.
Kürdəmir rayon İcra Hakimiyyətinin yataqxanada yaşayan məcburi köçkünə göndərdiyi 11 aprel 2016-ci il məktubda binanın qəzalı vəziyyət olması təsdiqlənib.
Bildirilib ki, orada məskunlaşmış məcburi köçkün ailələri üçün yeni yaşayış məhəlləsinin salınması proqramı təsdiq olunub. Rayonunun Xırdapay kəndinin şəhərə bitişik ərazsindən torpaq sahəsi ayrılıb, tikinti işlərinə başlanılması üçün layihə-smeta sənədləri hazırlanıb./bizimyol.info/
MediaFax