Kanadada yaşayan restoran sahibi gözəl addım atıb.
Montreal şəhərində şəxsi restoranı olan müsəlman iş adamı pulu olmayanlara pulsuz yemək verir.
Montrealda kiçik bir restoran sahibi olan Yəhya Haşemi obyektin qapısına fransız və ingilis dilində lövhə vurub. Lövhəyə əsasən, pulu olmayanlara pulsuz yemək verilir.
Haşemi gün ərzində 4-5 nəfərin pulsuz yemək xidmətindən istifadə etdiyini bildirib.
Restoran sahibi artıq 5 aydır ki, bu addımı atdığını bildirib:
"Ac insanı doydurmaq inancımıza görə vacibdir. Bundan başqa, bu ölkə bizə çox şey verdi. Biz də əvəzində Kanadaya nəsə vermək istədik".
Haşemi bəzi müştərilərinin də kampaniyaya dəstək durduğunu, 20, 30, bəzən 50 dollar verdiyini bildirib./ölkə.az/
MediaFax