on günlər ölkə mediasında ən çox müzakirə olunan mövzulardan biri Kamran Ağayevin "Boavişta"dakı karyerasını bitirib-birtirməyəcəyi ilə bağlıdı.
Kamran atası üçün darıxdığını əsas gətirərək, Portuqaliyanı tərk etmək fikrində olduğunu bildirib.
Hətta onun "Neftçi" ilə müqavilə bağlayacağıda deyilir.
Kamran Ağayevin atası Adil Ağayev isə "Futbol+” qəzetinə açıqlamasında bütün iddiaları yalanladı: "Kamran deməyib ki, atam üçün darıxdığıma görə Azərbaycana qayıdacam. Düzü, ata-oğul kimi bir-birimizə çox bağlıyıq. Məncə, eyni hisslər bütün normal ailələrdə yaşanır. Hansı ağlı başında olan övlad valideyni və valideynlər övladını istəmir? Kamran bir neçə ay ölkə xaricində olduğundan mənim üçün darıxdığını dilə gətirib ki, onun söylədikləri başqa cür yozulub. Müqaviləsi olduğu üçün oğlum ən azı mövsümün sonuna kimi "Boavişta"nın şərəfini qoruyacaq. Bununla bağlı heç kimdə şübhə olmasın. Portuqaliya klubunun baş məşqçisi onun xətrini çox istəyir, güvənir, daim əsas heyətdə oynadır. Belə olan halda Kamran niyə Azərbaycana qayıtsın ki? Heç mən də onun geri qayıtmasına razı olmaram. Qolkiper üçün yaşı çox da deyil. Orda özünü yaxşı tərəfdən göstərməyi bacarıb, daha iddialı klubların diqqətini cəlb edə bilər. Yazırlar ki, Kamran "Neftçi" ilə müqavilə bağlayacaq. Bu, doğru deyil axı. Çünki o uzun illər "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Bu iki klubun azarkeşlərinin bir-birinə münasibəti hamıya məlumdu. Sabah bir uğursuz qarşılaşma olsa, "Neftçi" fanatları istər-istəməz bu məqamı qabardıb, ona əlavə psixoloji problmemlər yaradacaqlar. Fikrim var, yanvardan sonra Kamranın yanına gedəm. Mən orda olsam, yəqin ki, darıxmayacaq, bütün fikrini futbola yönəldəcək. Bir ata kimi istəyirəm ki, onun səsi-sorağı Avropanın aparıcı klublarından gəlsin"./qafqazinfo.az/
MediaFax