Kaliforniyada rəsmi kampaniya başladı - ABŞ-dan ayrılmaq üçün

Yanvarın 28-də Kaliforniyada ştatın ABŞ-ın tərkibindən ayrılması ilə bağlı imza toplanılmasına start verilib.
 
İki gün əvvəl Kaliforniyanın daxili işlər naziri bu prosedurun başlamasına rəsmi razılıq verib.
 
Calexit tərəfdarları 180 gün müddətində 585 407 imza (ştatın ümumi əhalisinin 8 faizi) toplamalıdırlar.
 
Əgər bunu edə bilsələr, 2018-ci ilin noyabrında Kaliforniya sakinləri yerli konstitusiyada iki müddəanın – onların ştatı "ABŞ-ın ayrılmaz hissəsidir”, Birləşmiş Ştatların Konstitusiyasının "ölkənin əsas qanunudur” – ləğvinə səs verməlidirlər.
 
ABŞ-dan ayrılmaqla bağlı referendum 2019-cu ilin yazında keçirilə bilər.
 
Calexit üçün ən azı ştatda qeydə alınan seçicilərin yarısı iştirak etməli, ən azı 55 faiz müsbət cavab verməlidir. 
 
Kaliforniyanın ABŞ-ın tərkibindən ayrılmasının təşəbbüsçüsü ştatın baş prokurorluğuna 2016-cı ilin noyabrında, Donald Trampın qələbəsindən sonra referendum keçirilməsi üçün petisiya veriblər.
 
Tramp həmin seçkilərdə kaliforniyalıların yalnız 31,5 faizinin səsini toplayıb.

Onun əsas rəqibi Hillari Klintona isə 61,5 faiz səs verib. 
 
Kaliforniya əhalisinin sayına görə ABŞ-ın ən böyük ştatıdır. 39 milyon sakini olan ştat ərazisi baxımından ölkədə üçüncüdür./modern.az/
 
MediaFax