ABŞ prezidenti Donald Tramp mətbuata qarşı növbəti çıxışı ilə gündəmə gəlib.
CNN və "The New York Tımes”ı ittiham edən prezident onları "saxta” adlandırıb.
Bu mətbuat orqanlarının nümayəndələrinin Ağ Evdə keçirilən brifinqlərə gəlməsinə qadağa qoymağı tapşıran prezident Twitter hesabında da bu barədə yazıb.
"Bu saxta mətbuat həqiqətləri söyləmir. Onlar bizim ölkə üçün böyük təhlükə yaradırlar. "New York Times” və CNN lətifəyə çevrilib” deyə prezident vurğulayıb.
Qeyd edək ki, 24 fevalda CNN, "The New York Times”, "Los Angeles Times” və "Politico” müxbirləri Ağ Evdə keçirilən brifinqə buraxılmayıb və səbəblər izah edilməyib.
Associated Press və həftəlik "Time” nəşri bu qərara etiraz olaraq həmkarlarına dəstək məqsədilə brifinqə qatılmayıb.