Jurnalisti kimlər və hara aparıblar?

"Futbol+" qəzetinin müxbiri Sərxan Musalı naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb.

Bu barədə saytımıza jurnalistin qardaşı Səbuhi Musayev məlumat verib. 

Məlumata görə, Sərxan Musalı axşam saatlarında "Futbol+" qəzetinin redaksiyası qarşısında naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Hazırda jurnalistə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, bu barədə onlarda məlumat yoxdur. Nazirlik rəsmisi dəqiqləşdirmə aparandan sonra məlumat veriləcəyini dedi.

Əlaqə saxladığımız Bakı şəhər Baş Polis İdarəsindən isə bildirildi ki, onların məlumat vermək ixtiyarı yoxdur.

Qeyd edək ki, Sərxan Musalı İdman Araşdırmalar Mərkəzi tərəfindən "İlin jurnalist"i seçilmişdi./qaynarinfo.az/

MediaFax