Jurnalist Melaniyadan üzr istədi

Birinci ledini fahişə adlandıran jurnalist üzr istədi

"New York Times”in jurnalisti Ceykob Bernştayn ABŞ-ın birinci ledisi Melaniya Trampdan əvvəl ona "fahişə” deyərək təhqir etdiyinə görə üzr istəyib.

"Mən səhvə yol verdiyimi etiraf edirəm”.

Jurnalist özünün Twitter səhifəsində belə yazıb.

Onun sözlərinə görə, bunu şəxsi söhbətdə deyib və fikrinin açıqlanacağını düşünməyib: "Bununla belə, etiraf edirəm ki, birinci ledini təhqir etməklə bağışlanılmaz səhvə yol vermişəm”.

İnsident fevralın 12-də Nyu-Yorkda keçirilən Moda həftəsində baş verib./modern.az/

MediaFax