Rusiyalı deputat Vladimr Jirinovski rəsmi şəxslərə Rusiya İmperiyası dövründə olunan müraciətlərlə xitab olunmasını təklif edib.
Deputat "yoldaş prezident” , "cənab prezident” ifadələrinin yaxşı səslənmədiyini bəyan edib. Onun sözlərinə görə, Putinə "əlahəzrət” deyə müraciət olunmalıdır.
Bundan başqa Jirinovski generallara və qubernatorlara "Zati-aliləri” deyə müraciət edilməsini də təklif edib.
Xatırladaq ki, bundan əvvəl Jirinovski Rusiya dövlət başçısını "imperator” adlandırmağı təklif etmişdi./aznews.az/
MediaFax