İvankanın bu hərəkəti qalmaqal yaratdı - Foto

ABŞ prezidenti Donald Trampın qızı İvankanın Ağ Evdən paylaşdığı foto qalmaqala səbəb olub.
 
Fotoya əsasən İvanka Tramp Vaşinqtonda səfərdə olan Kanada baş naziri Castin Tryudonun prezident Trampla görüşündə iştirak edir. Üstəlik İvanka ABŞ prezidentinin kreslosunda əyləşib, sağında və solunda isə onun atası və Kanada baş naziridir. "İki dünya lideri ilə qadınların rolunun əhəmiyyətinə dair ciddi diskussiya masa arxasında baş tutdu” - İvanka Tvitter-də yazıb.

Ənənəvi olaraq ABŞ prezidentinin Ağ Evdəki Oval ofisindəki masası arxasında ancaq prezident özü oturur. Hələ indiyə qədər bu kresloda ABŞ prezidentindən başqa ayrısının, xüsusən də onun ailə üzvlərindən birinin oturmasını görən olmamışdı. Bu səbəbdən Tvitter-də İvankanın paylaşdığı foto ilə bağlı ciddi mübahisələr baş qaldırıb.

"Heç kimin seçmədiyi qadın bu masa arxasında otura bilməz”-istifadəçilərdən biri yazır. "Administrasiyada "qızını işə gətir” günləri nə qədər çox çəkəcək?”-digər istifadəçi narazılığını bildirir. Başqa istifadəçi isə yazır ki İvanka bu masa arxasında oturmaq üçün heç nə etməyib, o, varlı atasının qızından başqa heç kim deyil./virtualaz.org/
 


MediaFax