İvanka Tramp atasına mane oldu

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və onun əri Cared Kuşner seksual azlıqlara mənsub olan və işləyən vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı proqramın ləğvinə mane olublar.

Bu proqram ABŞ-ın sabiq prezidenti Barak Obamanın təşəbbüsü ilə qəbul edilmişdi.

Donald Tramp fərman imzalayaraq seksual azlıqların hüquqlarının əlavə olaraq müdafiəsini və transgenderlərin diskriminasiyadan müdafiəsini nəzərdə tutan proqramı ləğv etmək istəyirdi. Lakin İvanka Tramp və Cared Kuşner bu fərmanın imzalanmasına mane olublar.

Bundan başqa, İvanka Tramp və əri ABŞ prezidentinin seksual azlıqlara dəstək verəcəyinə nail olacaqlarını da vurğulayıblar./milli.az/

MediaFax