İtkin düşmüş neftçilərin axtarışı davam etdirilir - Nazirlik

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən faciə ilə bağlı növbəti açıqlamanı yayıb.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.
 
Dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, "Vixr-5”, "Vixr-8” və "Svetlomor-2” gəmiləri iştirak edir.
 
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

MediaFax