İtkin düşən qız atasını tanımadı

Ankarada 8 gündür itkin düşən 13 yaşlı qız küçədə pərişan halda tapılıb.

Türkiyə mətbuatı xəbər verir ki, ailəsinin qızlarının "Facebook"da tanış olduğu 28 yaşlı G.D. adlı gənc tərəfindən qaçırıldığı iddiasıyla polisə müraciət etməsindən sonra yanvarın 6-sı evdən çıxan və bir daha geri dönməyən 13 yaşlı G.A-nın axtarışına başlanılıb. G.A. dünən onu qaçırdığı iddia edilən G.D ilə birlikdə Çankaya Tunalı Hilmi prospektində polislər tərəfindən tapılıb. Qızının zorla qaçırıldığını söyləyən ata Ömər A. bildirib ki, qızı 3 gün əvvəl atasına zəng edərək Ankara xaricinə çıxardıldığını, bu səbəblə halallıq istədiyini deyib. 

Qızının qışqırıq səslərindən sonra zəngin kəsildiyini deyən ata sözlərinə belə davam edib: 

"Onun hələ 13 yaşı var, öz istəyiylə getməz. Aldadılıb. Səhər polisdən zəng edib qızımı tapdıqlarını dedilər. Yanına gedəndə qızım məni tanımadığını söyləyərək uzaqlaşdı. Qızıma narkotik maddə veriblər. Bazar ertəsi məhkəmə olacaq. O adam da saxlanılıb. Azyaşlı bir qızı aldadaraq qaçırdı, cəza almasını istəyirik"./musavat.com/

MediaFax