İt prezidentin oğlunu öldürdü

Qambiya prezidenti Adam Barrounun 8 yaşlı oğlu itin hücumuna məruz qalıb.

Həbib Barrou adlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Atası isə oğlunun dəfninə gələ bilməyib, çünki ona təhlükəsizliyə görə Seneqalda qalmağı məsləhət görüblər.

Qeyd edək ki, Adam Barrou ötən il prezident seçilib, lakin hazırki prezident Yəhya Camme onun qələbəsini tanımır. Afrika Regional Təşkilatı Barroudan inauqurasiya mərasiminə qədər Seneqalda qalmağı xahiş edib.

Barrou müsəlmandır və iki həyat yoldaşından 5 uşağı var./axar.az/

MediaFax